Xəbər lenti

Peyvənddən neçə gün sonra immunitet formalaşır? - Professor
Ölkə14:26 10.03.2021

Peyvənddən neçə gün sonra immunitet formalaşır? - Professor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Peyvənd olunan şəxslərdə 42 gündən sonra koronavirus aşkarlanırsa, bu araşdırılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla bildirib. O bildirib ki, peyvənd olunan şəxslər iki ay müddətində karantin qaydalarına ciddi əməl etməlidirlər:
"Peyvənd olunan şəxslərdə immunitetin formalaşması 42 günə baş verir. Ona görə peyvənd olunan şəxslər karantin qaydalarına əməl etməlidirlər. Bu əsas şərtdir. Təəssüflər olsun ki, bununla bağlı lazımi maarifləndirmə işləri aparılmır. Bəzən insanlar çaş-baş qalırlar. Real olaraq vəziyyət belədir. Məsələ araşdırılmalıdır ki, bu niyə baş verib? Əks halda kütləvi peyvəndlənməinin bir önəmi bir olmaz”.
Bahar Rüstəmli