Xəbər lenti

Peyvəndin gücləndirici dozası Buster kimin üçün daha vacibdir? – Həkim
Ölkə09:34 04.11.2021

Peyvəndin gücləndirici dozası Buster kimin üçün daha vacibdir? – Həkim

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Buster dozalar sintetik üsülla, yəni genetik kodla DNT səviyyəsində alınan dozalardır".
Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Namiq Nəbiyev deyib.
Onun sözlərinə görə, peyvəndin gücləndirici dozası Buster bir başa immun sistemini gücləndirmək üçün istifadə olunan dozalardır:
"Artıq bu peyvəndlər profilaktika üçün deyil, bir başa insan bədənində xəstəliyə qarşı immunitet yaratmaq üçündür. Bu doza sərbəst şəkildə həmin xəstəliyi keçirililməməsi üçün istifadə olunur". 
4-cü dozanın vurulmasına gəlincə, Namiq Nəbiyev deyir ki, bu, vətəndaşların öz istəyinə bağlıdır:
"Amma 3-cü doza bir çox sahələrdə vacibdir. Əsasən də daima vətəndaşlarla ünsiyyətdə olan insanların vurdurması məsləhətdir. Məsələn, polislər, həkimlər, müəllimlər, mağaza satıcıları, sürücülərin də 3-cü dozanı vurdurması məsləhətdir".
Bahar Rüstəmli