Xəbər lenti

Pezeşkian: İran uranın zənginləşdirilməsini davam etdirəcək
Siyasət 20:43 12.06.2025

Pezeşkian: İran uranın zənginləşdirilməsini davam etdirəcək

İran uranın zənginləşdirilməsini davam etdirəcək, obyektlər dağıdılsa belə yenidən qurulacaq.

APA xəbər verir ki bu barədə İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının İran əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İranın nüvə obyektləri bombalarla məhv edilsə belə onlar yenidən qurulacaq.

Pezeşkian bildirib ki, AEBA Rəhbərlər Şurasının qəbul etdiyi qərara baxmayaraq, İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətlərini davam etdirəcək.

"Onlar bizim obyektlərimizi bombalarla məhv etsələr belə, bilik və bacarıq beynimizdə qalır və biz onların məhv etdiyi hər şeyi yenidən quracağıq. Biz öz yolumuzla gedəcəyik və uranın zənginləşdirilməsi prosesi davam edəcək”, - o əlavə edib.

Qeyd edək ki, AEBA Rəhbərlər Şurası son 20 ildə ilk dəfə İranın nüvə təhlükəsizliyi üzrə öhdəliklərinə əməl etmədiyini bəyan edən qətnamə qəbul edib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->