Xəbər lenti

Pikassonun  heyrətamiz əsəri ilk dəfə hərraca çıxarılacaq
Sənət21:26 09.04.2022

Pikassonun heyrətamiz əsəri ilk dəfə hərraca çıxarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sotheby's” hərrac evi İspan rəssamı Pablo Pikassonun (1881-1973) "Uzanmış çılpaq" tablosunu mayın 17-də Nyu-Yorkda hərraca çıxaracaq.

Hərrac evinin ekspertləri tablonun ən azı 60 milyon dollara satılacağını gözləyir.

"Pablo Pikassonun bu vaxtadək hərraca çıxarılmayan "Uzanmış çılpaq” əsəri rəssamın 1932-ci ildə yaratdığı ən heyrətamiz əsərlərindən biri sayılır.

Sürrealizmin fantastik obrazlarından və sevgilisinə olan ehtirasından ilhamlanan Pikassonun bu tablosu rəngarəng ştrixlər və ifadəli plastika ilə zəngindir”, - deyə "Sotheby's” hərrac evində bildirilib.