Dünya 18:49 17.08.2023

Pilot təlimləri başa çatan kimi F-16 təyyarələri veriləcək - XİN rəhbəri (VİDEO)

Xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ukraynalı pilotlar təlimləri başa vurduqdan sonra Ukrayna F-16 qırıcıları alacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Kuleba "1+1" telekanalının efirində deyib.

"Təlim başa çatan kimi təyyarələr də olacaq. Düşünürəm ki, ukraynalı pilotlar təlimdən qayıdacaq və onlarla birlikdə təyyarələr də gələcək. Onlar birbaşa pilot kabinələrində gəlməyə bilər, lakin bu sinxronlaşdırılmış proses olacaq.
İnanın, bu həftə prezidentin gündəlik görüşləri olur və bu prosesi sürətləndirməkdən danışırlar. Diplomatik olaraq deyəcəyəm: düşünürəm ki, tezliklə yaxşı xəbər olacaq”.

Xarici işlər naziri qeyd edib ki, F-16 təyyarələri ilə bağlı məsələ artıq siyasi deyil, sırf texniki xarakter daşıyır.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri, polkovnik Yuri İqnat milli telemarafonun efirində qeyd edib ki, qarşıdan gələn payız-qış aylarında Ukrayna öz səmasını Amerikanın F-16 qırıcıları ilə qoruya bilməyəcək. 

Xatırladaq ki, hazırda ukraynalı pilotların F-16 təyyarələrində təlimi belə start götürməyib.

Alpər