Bakıda piyadanı vurub öldürən təcili yardım avtomobilinin sürücüsünə hökm oxunub.
Oxu.Az-ın məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda baş verib.
14 saylı Təcili Tibbi Yardım Stansiyasının təcili yardım avtomobilinin sürücüsü Sultan Sultanov Zabratdan xəstə çağırışından qayıdarkən yolda piyada Şahverdi Məlikovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qeyd olunub ki, hadisəyə səbəb sürücünün avtomobili yüksək sürətlə idarəetməsi olub. Faktüzrə cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə S.Sultanov 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il azadlıqdan məhrum edilib.
Şərhlər