Xəbər lenti

Planetimizi nə gözləyir: Bu temperaturda Yer Marsın taleyini yaşayacaq - Ekspert
Ölkə11:40 11.08.2021

Planetimizi nə gözləyir: Bu temperaturda Yer Marsın taleyini yaşayacaq - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"50 dərəcə temperaturda Yer planeti Marsın taleyini yaşayacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında AMEA-nın Coğrafiya institutunun əməkdaşı Ənvər Əliyev müəyyən addımlar atılmasa, 30-40 ildən sonra havanın temperaturunun 48-50 dərəcəyə qədər yüksəlməsi təhlükəsi fonunda planetimizi nələrin gözlədiyinə aydınlıq gətirərkən deyib. Bu vəziyyət həmsöhbətimizə görə, planetimiz üçün fəlakət demək olacaq: 
"Temperaturun bir neçə dərəcə qalxması nəticəsində planetimizdə buz qatı qalmayacaq, büsbütün əriyəcək. Belə vəziyyətdə dünya okeanı azı 15-20 metrə qədər qalxacaq. Ümumiyyətlə, okean suları 7 metrə qədər qalxsa, Xəzər dənizi də 35 metrəyə qədər yüksələcək. Çünki bu halda Rusiyanın cənubundakı çökəklik suları Xəzərə dolacaq. Dünyada isə dəniz səviyyəsindən aşağıda yerləşən bir çox ölkələr, şəhərlər su ilə örtüləcək. Nəticədə tepmeraturun 50 dərəcəyə yüksəlməsi ümumdünya fəlakətinə gətirib çıxaracaq”. 
50 dərəcə temperaturda Ə. Əliyevin fikrincə, insan da daxil, bütün canlı orqanizm məhv olacaq: 
"Bu zaman tək buz suları əriməyəcək. Canlı orqanizm bütünlüklə avtomatik şəkildə məhv olacaq. Belədə, yaşadığımız Yer də Mars planetinin taleyini yaşayacaq. Vaxtilə Marsda da yaşayış olduğunu düşünürəm. Ancaq sonradan Günəşin temperaturunun düşməsilə bu planet məhv olub. Belə vəziyyətdə atmosfer parçalanacaq, su kütləsi buxarlanacaq. Dünyanı yanğınlar bürüyəcək. 50 dərəcə temperaturda insan da yaşaya bilməyəcək. Bu isə planetimizin sonu olacaq”. 
Rüfət Sultan