Xəbər lenti

Podolyak: NATO Rusiya ilə savaşa hazır deyil, onu məğlub etməyin yeganə şansı...
Video 13:50 04.01.2025

Podolyak: NATO Rusiya ilə savaşa hazır deyil, onu məğlub etməyin yeganə şansı...

NATO ölkələri psixoloji baxımdan Rusiya ilə müharibəyə hazır deyil. Rusiya Federasiyasını məğlub etmək üçün yeganə şans Ukraynada qələbədir. 

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Sonsuz şəkildə ortaya çıxan planlar göstərir ki, Rusiya 3-5 il ərzində NATO ölkələrinə hücum etməyə hazır olacaq. Məni ən çox təəccübləndirən NATO ölkələrinin psixoloji baxımdan ümumi müharibəyə hazır olmamasıdır. Onların kifayət qədər silahı var və bu silah daha təsirli olsa da, onlardan istifadə etmək üçün hazırlıqlı deyillər. Beləliklə, əgər Rusiya indiki hərbiləşmə və avtoritarlıq tempini beş il ərzində saxlayarsa, NATO-nun heç bir şansı olmayacaq", – deyə Podolyak "Freedom" telekanalına müsahibəsində bildirib.

Onun fikrincə, NATO ölkələri heç vaxt Rusiya ilə müharibəyə psixoloji baxımdan hazır olmayacaq və Rusiyada bunu yaxşı anlayırlar:

"Bu səbəbdən Rusiya bu müharibədə mərhələli şəkildə stavka artırır, bütün tabuları ləğv edir və qaydaları pozur. Xüsusilə də müharibə aparma qaydalarını. Buna uyğun olaraq, əgər Rusiya Ukraynada uduzmasa, gələcək müharibələr üçün baza hazırlayır".

Müşavir qeyd edib ki, Rusiya Federasiyasını məğlub etməyin yeganə yolu onu Ukraynada məğlub etməkdir.

Finlandiyanın Iltalehti Journal nəşri NATO-dakı mənbələrə istinadən yazır ki, Rusiya Finlandiya və Alyansın şərq cinahındakı digər ölkələrə hücum senarilərini işləyib hazırlayır. Mənbələrin qiymətləndirməsinə görə, Rusiya 1743-cü il Turku müqaviləsinin sərhədlərinə çatmağa çalışacaq.

Bundan əlavə, Almaniyanın müdafiə naziri Boris Pistorius hesab edir ki, Rusiya bir neçə ildən sonra NATO ərazisinə hücum edə bilər. O vurğulayıb ki, hazırda Rusiya bir neçə ay ərzində bütün Avropa İttifaqı ölkələrinin bir ildə istehsal edə biləcəyindən daha çox silah və sursat istehsal edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->