Xəbər lenti

Polis əməkdaşı xidməti avtomobili aşırdı və hadisə yerində öldü
Ölkə07:01 17.09.2016

Polis əməkdaşı xidməti avtomobili aşırdı və hadisə yerində öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 207-ci kilometrliyində qeydə alınıb.
Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi "Fiat-Doblo" markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.
Nəticədə avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. 
Qaynarinfo.Az