Xəbər lenti

Polis futbolçunu həbs etdi
Ölkə10:14 30.05.2016

Polis futbolçunu həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın PSJ klubunun və Kot dİvuar yığmasının futbolçusu Serj Oryo Parisdə hüquq-mühafizə orqanları ilə münaqişədən sonra polis idarəsinə aparılıb. "Report"un "Europe1"ə istinadən verdiyi məlumata görə, insident bu gün səhər saatlarında baş verib.

Oryo dostları ilə gecə klubundan çıxarkən, patrul polislərini təhqir edib. Söz atışmaları polislərlə dava həddinə çatıb. Hazırda müdafiəçi polis bölməsindədir.

Qeyd edək ki, bu, Serj Oryonun ilk qalmaqallı hərəkəti deyil. Fevralda PSJ-nin baş məşqçisi Rolan Blanı təhqir, bəzi oyunçuları tənqid etdiyi video sosial şəbəkədə yayıldıqdan sonra o, komandadan bir müddət kənarlaşdırılıb. 

Qaynarinfo.az