
Gəncə-Toğana avtomobil yolunun 11-ci kilometrliyində ağır yol nəqliyyat qəzası baş verib.
Qaynar.info-nun APA-ya istinadən məlumatına görə hadisə martın 8-də saat 19 radələrində rayonun Aşıqlı kəndi yaxınlığında baş verib. "Niva” markalı avtomobillə "Toyota” markalı avtomobil toqquşub. Qəza zamanı "Niva”nın sürücüsü, hələlik kimliyi məlum olmayan şəxs hadisə yerində ölüb. Qəza yerinə gələn FHN-nin xilasediciləri meyiti deformasiyaya uğrayan avtomobildən çıxarıblar. Qəza zamanı "Niva”da olan başqa bir nəfər isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə ölən şəxslərin ata-bala olduğu bildirilir.
Hadisə vaxtı qəzanı törədən Fərhad İsmayılovla birgə maşında olan dostu Daşkəsən şəhər sakini 1986 ci təvəllüdlü Qəmbərov Səyyar Fəqani oğlu polisə xəbər vermədiyi və cinayəti törədən şəxslə əlbir olaraq hadisə yerindən qaçdığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarışa verilib.
Qaynar.info






