Xəbər lenti

Polis rəisi qəzaya düşdü
Ölkə13:30 09.10.2021

Polis rəisi qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. 
Qaynarinfo Oxu.az-a istinadla xəbər verir ki, hadisə Şəmkir yolunda baş verib.
Emil adlı şəxs idarəetdiyi avtomobil ilə hərəkətdə olan digər nəqliyyat vasitəsini vurub. Hadisə nəticəsində həmin şəxs yüngül xəsarət alıb. 
Məlumata görə, vurulan avtomobil Şəmkir Rayon Polis Şöbəsinin Kür qəsəbə Polis Bölməsinin rəisi Ədalət Sadıqova məxsusdur. 
Hadisə ilə bağlı saytın əməkdaşı Ə.Sadıqovla əlaqə saxlayıb. O, açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:
"Sərxoş sürücü avtomobili ilə maşınımın ön hissəsini vurub. Ciddi bir şey yoxdur, mən işimin başındayam”.