Xəbər lenti

Polisi öldürüb meyitini yandırdılar - Bakıda dəhşət
Ölkə15:23 18.04.2015

Polisi öldürüb meyitini yandırdılar - Bakıda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda İmişli Rayon Polis Şöbəsi əməkdaşlarından birinin meyiti tapılıb. Avropa.info xəbər verir ki, İmişli RPŞ-nin əməkdaşı Kazımov Muxtar Nəcəf oğlu bir neçə gün öncə avtomobil almaq məqsədilə Bakıya gəlib.
O, avtomobil almaq üçün paytaxta Rabil adlı digər polis yoldaşı ilə birlikdə gəlib. Onlar Bakıya gələrkən M. Kazımovun üzərində 12500 dollar pul olub.
Daha sonra M. Kazımov şəhərdə yoxa çıxıb. Bu gün Bakıda tapılan naməlum kişi meyitinin üzərində araşdırma aparan tibbi ekspertiza cəsədin M. Kazımova aid olduğunu müəyyən edib.
Əldə olunan məlumata görə, M.Kazımov xüsusi amansızlıqla qətlə yetirildikdən sonra onun meyiti yandırılıb.
Onunla Bakıya gələn Rabil adlı şəxs isə hazırda şübhəli şəxs qismində saxlanılıb.
Qaynar.info