Xəbər lenti

Polislər Eldar Qasımovla rəqs etdi - FOTOLAR
Ölkə06:28 22.11.2013

Polislər Eldar Qasımovla rəqs etdi - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "İctimai Səhiyyə və İslahatlar Mərkəzi" və "Addım Yaradıcı Gənclər assosiyasiyası"nın təkilatçılığı ilə 28Mall AVM-də, 21 noyabr Yol qəzaları qurbanlarının anım gününə həsr olunmuş tədbir gerçəkləşib. 

“Qafqazinfo”nun məlumatına görə, tədbiri giriş sözü ilə "İctimai Səhiyyə və  İslahatlar Mərkəzi"nin direktoru Ceyhun Məmmədov açıb, daha sonra layihənin rəhbəri Hüseyn Cavadzadə gənclərin bir neçə gün ərzində keçirdikləri informativ aksiyalardan danışıb.  Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Vaqif Əsədov isə gənclərə aktual mövzunu gündəmə gətirdiklərinə görə minnətdarlığını bildirib. Tədbirin rəsmi hissəsindən sonra Eldar Qasımovun iştirakı ilə bədii hissəsi baş tutub. 

Layihə çərçivəsində Emin Ağalarovun  məxsusi olaraq Eldar üçün bəstələdiyi "İn your head " mahnısına yol təhlükəsizliyi mövzusunda çəkilən musiqi videosu qonaqlara ilk dəfə nümayiş olunub. Sözügedən videonun  rejissoru Farhad Alidir. Klipdə Eldar tərəf müqabili rolunu isə gənc model Nurlana Cəbrayilova ifa edib.Klipin nümayişindən sonra Eldar  qonaqlara öz mahnılarını ifa edib. Tədbirdə diqqətçəkən məqamlardan biri isə şəhər DYP-sinin Eldara sürpriz olaraq gətirdiyi polis geyimində azyaşlılardan ibarət rəqs qrupu olub. Onlar Eldarı ifası boyu rəqslərlə müşaiyət ediblər. Bundan başqa tədbir  zamanı "Addım"ın və "İSİM"in üzvlərindən ibarət könüllülərin iştirakı ilə  sosial aksiyalar, şəhərin mərkəzində avtomobillərə stikerlər, braşurların  paylanması və s maraqlı aksiyalar  həyata keçirilib.

Qaynar.info