XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Polislərin maaşlarının məbləği niyə açıqlanmır? - Ekspert
Ölkə08:49 29.06.2022

Polislərin maaşlarının məbləği niyə açıqlanmır? - Ekspert

Hərbçilər, polis və hüquq-mühafizə sistemində çalışan əməkdaşların əmək haqqı məbləği barədə məlumatlar gizli saxlanılır.
Belə məlumatlar dövlət sirri sayılırmı?
Qaynarinfo-ya açıqlamasında məsələyə aydınlıq gətirən Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, burada dövlət sirri olacaq hər hansı bir məqam yoxdur:
"Hərbçi, polis və hüquq-mühafizə orqanlarında çalışanların əmək haqqı məbləği dövlət sirri deyil. Bu, ictimai məlumatlardır. İnformasiya əldə edilməsi haqqında qanunun 29-cu maddəsində bu məsələ öz əksini tapıb. Burada gizli saxlayacaq heç nə yoxdur”. 
Rüfət Sultan