Xəbər lenti

Politoloq: “200 ildə Azərbaycan ilk dəfədir ki...”
Siyasət06:10 07.12.2020

Politoloq: “200 ildə Azərbaycan ilk dəfədir ki...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan yaxın 200 ildə təəssüf ki, region uğrunda və regionda gedən mübarizənin daha çox sahəsi olub (digər Cənubi Qafqaz, hətta bütün digər keçmiş Sovet respublikaları kimi). İndi isə ilk dəfədir ki, iddialı şəkildə mübarizənin sahəsi yox, tərəfi olur. Nəticəni sadəcə arzulamır, həm də əldə etməyə başlayır. Bu özü ciddi bir tarixi uğurdur”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı II Qarabağ müharibəsinin nəticəsini dəyərləndirərkən bildirib.
 
Onun sözlərinə görə, bu prosesdə Azərbaycan-Türkiyə strateji münasibətləri və balanslaşdırılmış xarici siyasət xətti önəmli olub:  
"Amma burada cəmiyyətin birliyini qoruması, cəmiyyətin önəmli hissəsinin milli hədəflər uğrunda fərdi maraqlarını və qrup maraqlarını geri planda tutması da çox önəmli olub. Daxili problemlərə enerji və vaxt ayırmadan milli məsələlərə yönəlmək dövlət üçün əlavə imkanlar yaradıb. 
Aydın məsələdir ki, 100% milli birlik deyə bir şey olmur. Hər zaman başqa güclərə xidmət edənlər, şəxsi və qrup maraqlarını daha ön planda tutanlar olur. Önəmli olan onların sayının az, təsir imkanlarının məhdud olmasıdır. Daha da önəmli olan geri qalanların bu cür şəxslərin tələsinə düşməməyə diqqət etməsidir. 
Fərqli fikirlərin, tənqidlərin olması təbiidir, hətta zəruridir. Amma unutmamalıyıq ki,  qəhrəman əsgərlərimiz bizim uğrumuzda, vətən, millət, dövlət uğrunda özlərini ölümə atdılar, canlarını fəda etdilər, şəhid, qazi oldular. Atacağımız hər addımda onların dəyərlərinə, uğrunda can verdikləri vətənə, millətə sədaqət hissini qorumalıyıq. Fərqliliklərimizin milli birliyimizi pozmaq istəyən güclər üçün vasitə olmasına imkan verməməliyik”.
Orxan Əhmədli