Xəbər lenti

Politoloq Şuşadakı “andiçmə”dən danışdı: “İşğalçını cəzalandırmalıyıq”
Siyasət08:09 21.05.2020

Politoloq Şuşadakı “andiçmə”dən danışdı: “İşğalçını cəzalandırmalıyıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu açıq-aşkar təxribat və savaşa dəvətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu ermənilərin Şuşada keçirəcəkləri "andicmə” marasimindən danışarkən deyib.
Onun fikrincə, erməni speratçıları və Ermənistanın Baş naziri Nikol Paşinyan odla oynayır:
"Çünki bu, açıq-aşkar təxribatdır və savaşa dəvətdir. Bir tərəfdən deyirlər ki, guya savaş istəmirlər, danışıqların davam etməsini istəyirlər. Bir tərəfdən isə təxribatlarını davam etdirirlər. Yəni, "andiçmə” mərasimini Xankəndində deyil,  Şuşada keçirməyə qərar verdilər. Bu yolla Azərbaycanı təxribata çəkirlər, savaşı tezləşdirirlər”. 
Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan tərəfi buna uyğun adekvat cavab verməlidir:
"Biz tədbirlərimizi görməliyik, işğalçını cəzalandırmalıyıq. Belə olmasa, bu təxribatlar davam edəcək. Çox təəssüf ki, beynəlxalq vasitəçilər də Ermənistanı bu təxribatdan çəkindirmirlər”.
Bahar Rüstəmli