Xəbər lenti

Politoloq Zaxarovanın açıqlamasını şərh etdi
Siyasət13:12 09.07.2021

Politoloq Zaxarovanın açıqlamasını şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mariya Zaxarova ilkin şərt deyəndə "məhbus əsirlər"i və mina xəritələrini nəzərdə tutur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına münasibətində deyib. Politoloq bildirib ki, bu günə kimi Ermənistan minalanmış ərazilərin xəritələrini "məhbus əsirlər"in müqabilində Azərbaycana təqdim edib:
"Azərbaycan şərt qoyub ki, Ermənistan tərəf minalanmış ərazilərin xəritələrini versin, biz də saxlanılan erməni məhbus əsirləri verək. Ermənistanın da şərti budur ki, məhbusları verməsəniz, minalanmış ərazilərin xəritələrini verməyəcəyik, vəssalam. Şərt bunlardır”.
Qeyd edək ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı "Rəsmi Bakı üçün prioritet olan mina xəritələrinin təhvili məsələsini birdəfəlik həll etmək hələlik mümkün olmur. Biz bu məsələnin hər hansı ilkin şərt olmadan həllinə tərəfdarıq”, - deyə bildirib.
Bahar Rüstəmli