Siyasət 12:33 23.01.2023

Politoloqdan sensasion açıqlama: “Quranın yandırılması planı Vatikanda hazırlanıb”

"İsveçdə Qurani-Kərimin yandırılması orada yaşayan müsəlmanların ölkədən çıxarılmasına xidmət edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev yanvarın 21-də İsveçdə Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasının miqrantları qovmaq üçün tələ olub-olmadığı məsələsinə aydınlıq gətirərkən deyib. Onun fikrincə, Quranın yandırılmasının bir neçə siyasi səbəbi var:

"İsveçdə Qurani Kərimin yandırılmasının bir neçə siyasi səbəblə bağlı olub. Türkiyədə prezident seçkiləri keçiriləcək. Bu müstəvidə İsveçdə törədilən hadisə seçkilər ərəfəsi Türkiyədəki birliyi pozmaq məqsədi daşıyır. Digər tərəfdən, bu hadisə İslam dünyasına meydan oxumaq deməkdir. O cümlədən, Ankara İsveçin NATO-ya üzv olmasına əngəl yaratdığından, ona qarşı PKK-nı gündəmə gətirmək və İslam dinini ekstremist din kimi təqdim məqsədi daşıyır. 



Türkiyəyə yönəlik bu təzyiqlərin arxasında onun və Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulması tələbi də dayanır. Onlar eyni zamanda, Türkiyədə "altılıq masa”sının hakimiyyətə gəlməsinə çalışırlar. İsveçdə miqrantlar elə də çox deyil. Amma olan miqrantlar da əsasən kürdlərdən ibarətdir. Onlar da tələb edir ki, İsveçdə olan türklərlə azərbaycanlılar bu ölkədən çıxarılsın".
 
Bu səbəbdən həmsöhbətimiz Quranın yandırılmasının əslində dövlət səviyyəsində hazırlanmış təxribat olduğunu düşünür:
 
"Müqəddəs kitabı yandıran Danimarka vətəndaşıdır. Niyə Danimarkada deyil, gəlib İsveçdə bu hərəkəti edir və ona "yaşıl işıq” yandırılır? Görünən odur ki, bu olaylar Vatikanda hazırlanıb. Onu həyata keçirsələr də uğursuz oldu. Bununla nə Türkiyəni, nə də İslam dünyasını qorxutmaq mümkün olmayacaq”. 
 
Rüfət Sultan