Xəbər lenti

Polkovnik Adil Əliyev vəfat etdi
Ölkə08:18 01.03.2017

Polkovnik Adil Əliyev vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, “Əməkdar İnşaatçı”, istefada olan polkovnik Əliyev Adil Ömər oğlu uzun sürən xəstəlikdən sonra 2017-ci il fevralın 28-də 74 yaşında vəfat edib.

"Qaynar"-ın MN-in saytına istinadən verdiyi məlumata görə, polkovnik A. Əliyev 1943-cü il dekabrın 13-də Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub.
 
Sovet Ordusunda xidmət keçib.
 
Polkovnik A.Əliyev 1992-ci ilin yanvar ayından 2005-ci ildə ehtiyata buraxılanadək Azərbaycan Müdafiə Nazirliyinin Baş Tikinti İdarəsinin rəisi vəzifəsində xidmət edib.
 
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
 
Allah rəhmət eləsin!

Qaynar.Az