Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Sabiq Maliyyə Xidmətinin rəisi, Qarabağ və Əfqanıstan müharibələrinin veteranı Rüstəm Mürsəlov son mənzilə yola salınıb
Vida mərasimində polkovnikin mənalı ömür yolu xatırlanıb, onun Vətən və xalq qarşısında xidmətləri qeyd olunub.
Dəfn mərasimində əsgəri ənənələrə uyğun olaraq dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb. Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi adından əklil qoyulub.
Mərhumun ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, polkovnik Rüstəm Mürsəlov ötən gün müalicə aldığı Hərbi Hospitalda ürək xəstəliyindən dünyasını dəyişib