Xəbər lenti

Polkovnikdən Duma deputatı olan əmisi oğluna sərt müraciət: "Sən nə vaxt ruhunu şeytana satdın?" (VİDEO)
Siyasət16:59 08.03.2022

Polkovnikdən Duma deputatı olan əmisi oğluna sərt müraciət: "Sən nə vaxt ruhunu şeytana satdın?" (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı Nikolay Kondratski əmisi oğlu, Rusiya Dövlət Dumasının deputatı, Təhlükəsizlik Komitəsinin sədr müavini Anatoli Vıbornıya müraciət edib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, nternetdə yayımlanan videoda o, qardaşını ailəsini ləkələməməyə və Ukraynaya qarşı müharibəni dayandırmağa çağırıb.
Kondratski bildirib ki, əmisi oğlu 2014-cü ildə Krımın ilhaqını fəal şəkildə müdafiə edib, Donbasa qoşun yeridilməsinə səs verib və LDNR-nin tanınmasında fəallıq göstərib.
O, Vıbornı "ana dilini unutduğuna görə ona rus dilində müraciət edib.
"Qardaş, uşaqlıqda necə bir yerdə gəzdiyimizi, necə döyüş oyunları oynadığımızı, göbələk yığmağa, balıq ovuna... qəbiristanlığa necə getdiyimizi və dədə-nənələrimizin qəbrini ziyarət etdiyimizi xatırla. Babamız Vıbornı Mixail Antonoviç Vıbornı faşist şər ruhlarına qarşı vuruşa-vuruşa Berlinə qədər gedib çıxmışdı”, - o, müraciətində deyib.
Daha sonra Kondratski işğalçı əmisi oğlunu öz vicdanına tapşırıb.
"Səndən soruşmaq istəyirəm, qardaş... Nə vaxt, hansı mərhələdə ruhunu şeytana satdın, nə vaxt unutdun ki, Vətən təhlükədədir? Məgər bilmirsiniz ki, bu gün Ukraynada, o cümlədən bizim boya-başa çatdığımız Şepetovkada bombalar, raketlər uçur?”
"Bu moskvalılar sənə nə verdilər? Milyonlardan başqa? Bu milyonlar gedəcək, amma sənin ruhun orda qalacaq!" - Kondratski əlavə edib.
<iframe id="telegram-post-uniannet-36403" src="https://t.me/uniannet/36403?embed=1&tme_mode=1" width="100%" height="" frameborder="0" scrolling="no" style="box-sizing: border-box; margin: 16px auto; padding: 0px; border-width: initial; border-style: none; display: block; overflow: hidden; min-width: 320px; height: 818px;">