Dünya 15:17 26.05.2023

Polşa Belarusda baş verəcək üsyana hazırlaşır - Lukaşenko reaksiya verdi (VİDEO)

Belarus prezidenti Aleksandr Lukaşenko polşalı general Valdemar Skşipçakın Polşanın Belarusda baş verəcək üsyana hazırlaşdığı barədə bəyanatına reaksiya verib.

Qaynarinfo bu barədə Unian-a istinadla xəbər verir.

Lukaşenka deyib ki, guya o, bir neçə ay əvvəl üsyana hazırlaşılması ilə bağlı xəbərdarlıq edibmiş. Onun sözlərinə görə, Belarus "adbaad hər kəsi bilir”. "Üsyan üçün, inqilab üçün – bilmirəm Belarusda nəyə hazırlaşırlar”, - o, rusiyalı təbliğatçıya şərhində deyib.

"Və onların hansısa növbəti üsyana hazırlaşmasına gəlincə, biz bunu çoxdan bilirik. Biz orada bütöv alaylar və ya batalyonların yaradıldığını izləyirik. Biz onların harada olduğunu bilirik və hər kəsi adbaad tanıyırıq. Biz hazırıq, gəlsinlər”, - Lukaşenko əlavə edib.

UNİAN-ın daha əvvəl xəbər vermişdi ki, Polşanın keçmiş müdafiə nazirinin müavini Valdemar Skşipçak bu yaxınlarda Belarusda qiyam baş verəcəyini və onların buna dəstək verməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, fevralda Lukaşenko Litva və Polşa sakinlərinin öz ölkələrində də Belarusdakı kimi diktaturaya malik olmasını "istədiklərini” bildirmişdi.

Payızda o, Polşa hakimiyyətini nüvə eskalasiyasında ittiham edib. Eyni zamanda, yazda Rusiya səfiri Belarusun Polşa ilə sərhəd yaxınlığında nüvə silahı yerləşdirəcəyini açıqlamışdı. Belarus Respublikasının "hakimiyyət orqanları" özləri bunu "istənilən yerdə" yerləşdirə biləcəklərini söyləyiblər.

Bu yaxınlarda isə Lukaşenko bildirib ki, polyaklar və ukraynalılar Belarusa hücum etmək fikrində deyillər.

Alpər