Xəbər lenti

Pomidor niyə 3-4 manata qalxıb və qiyməti nə vaxt düşəcək? - Ekspert
Ekonomiks13:01 22.07.2022

Pomidor niyə 3-4 manata qalxıb və qiyməti nə vaxt düşəcək? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnanmıram ki, yaxın günlərdə pomidorun qiyməti düşsün”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı məhsulları üzrə ekspert Vahid Məhərrəmov iki gündür pomidorun qiymətinin 1 manatdan 3.50-4 manata qədər qalxmasından danışarkən deyib. Ekspertin fikirincə, nə qədər ki, bazara açıq havada yetişdirilən məhsul çıxarılmayıb bu bahalaşma davam edəcək:
"Hətta məhsulun azlığından bir müddət sonra ola bilsin, xaricdən idxal edilsin. Ola bilsin, Türkiyə, İrandan gətirilsin. Bu il də havanın temperaturu ötən ilki kimi deyil, iyul ayı soyuq keçib. İdxal artacaq”.
Vahid Məhərrəmov deyib ki, bu gün bazara çıxarılan pomidorlar istixanalarda yetişdirilib:
"Azərbaycanda istehsal azdır. Bu da onunla bağlıdır ki, ötən il bu sahədə olan sahibkarları monopolistlər sıradan çıxardıb. Məmurlar dövlətin hesabına böyük istixanalar inşa etdirərərk bazarı ələ keçiriblər. Qiyməti onlar diqtə edir və məhsulu daha çox Rusiyaya ixrac edirlər. Rusiyada daha ucuz qiymətə satırlar, nəinki Azərbaycanda. Nə qədər ki, Azərbaycanda bu sahəni qeyri-peşəkarlar idarə edir, işi bacarmayan məmurlar var, belə də davam edəcək. Məhsul bol olsa, bazara çıxacaq, qiymət də düşəcək”.
Bundan başqa, ekspert bu il bazara çıxarılan pomidorun keyfiyyətinin elə də yaxşı olmadığını deyib. 
Bahar Rüstəmli