Xəbər lenti

Ekonomiks 14:26 25.07.2024

"Pomidor rəqabəti": Ruslar niyə Özbəkistan məhsulu alır?

"Rusiya bazarında Özbəkistanın pomidoru Azərbaycanın pomidorundan təxminən iki dəfə baha qiymətə təklf olunur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici ölkəyə ən çox ixrac etdiyi məhsullardan biri pomidordur:

"Rusiya bazarında ən yüksək qiymətə təklif olunan pomidor isə Özbəkistanın istehsalı olan pomidorudur. Özbəkistan pomidorunun keyfiyyəti çox yüksəkdir. İkinci yerdə Rusiyanın özünün istehsal etdiyi pomidor, üçüncü yerdə isə Azərbaycan pomidoru durur”. 

Vahid Məhərrəmov bu gün Rusiyaya 3-4 ölkədən pomidor ixrac oldunduğunu diqqətə çatdırıb:

"Bu onunla bağlıdır ki, Azərbaycanın Rusiyaya ixrac etdiyi pomidorun keyfiyyəti aşağıdır. Ona görə də ruslar daha çox Özbəkistan pomidoruna dəyər verir". 

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->