
Haqqında həbs qərarı çıxarılan "Qalatasaray"ın sabiq futbolçusu Uğur Tütünəkər Türkiyəyə qayıdacağını bildirib.
Qaynarinfo.Az xəbər verir ki, İsveçrənin "Vil" komandası ilə baş məşqçi vəzifəsinə dünən son qoyulan Tütünəkər 15 iyul çevrilişi zamanı həyatını itirənlərə rəhmət diləyib.
Tütünəkər vətəninə xəyanət etmədiyini bildirib: "Bu gün haqqımda verilən tutulma qərarını mediadan və həyat yoldaşımdan öyrəndim. Uzun illərdir ki, istər "Qalatasaray", istərsə də milli komandada oynamış futbolçu olaraq əsla ölkəmə xəyanət etmədim. Mən də hamı kimi uşaqları oxudan ehtiyac sahiblərinə dəstək olduğumu güman edərək bu xain qrup tərəfindən aldadıldım.
Bu qrupa Qurban bəxşişi və "burs"dan (təhsil haqqı - red.) başqa, heç bir maddi və ya mənəvi dəstək etməmişəm. 15 iyul günü bu alçaqların şərəfsiz üzlərini mən də gördüm. Gün etibarilə bu səbəbdən İsveçrədəki klubumla olan əlaqəmi sonlandırdım.
Məsələ ilə bağlı vicdanım son dərəcə rahat olduğundan, ölkəmə gələcək və məndən soruşulacaq bütün suallara ürəyimlə cavab verəcəyəm. Burdan türk xalqına, cənab Prezidentimizə səslənirəm... Mən bu vətənin övladıyam. Vətənimə əsla xəyanət etməmişəm və etmərəm".
Qeyd edək ki, Uğur Tütünəkər 2010/11 mövsümündə "Orduspor" klubuna baş məşqçi təyin olunarkən Azərbaycan millisinin sabiq futbolçusu Anatoli Ponomaryovu bəyənməyərək komandadan göndərib.
Qaynarinfo.Az