
Ban atelyesi “Newport Convertible Engineering” sayəsində yolsuzluq kabrioletləri dizayner şıltaqlığından bazarın əlavə seqmentinə çevrilə bilər. Bu yaxınlarda tünerlər “Range Rover”-i, indi isə “Porsche Cayenne”-ni damdan məhrum etdilər.
Milli.Az bildirir ki, yüksək yerimə qabiliyyəti olan növbəti kabriolet yaratmaq üçün “Newport”-da birinci nəsil alman kabrioletindən istifadə etdilər. Avtomobil damdan və yük yerindən məhrum oldu, lakin yerinə yumşaq qatlanan üst əldə etdi. Qatlanma mexanizmi və qatlanan parça əvvvəlki yük yerində yerləşmişdi.
Krossover təkcə qapıları deyil, həm də şüşələrin çərçivələrini saxladı. Bundan başqa, mühəndislər banın güc strukturunu orta dayaqların yanında birləşdirməli oldular. Bu bana lazım olan sərtliyi təmin edir.
Başqa, konstruktiv cəhətdən “Porsche Cayenne” dəyişilməyib, lakin Newport-da xarici görünüş üzərində də işləyiblər. Avtomobilin yanları və kapotu keçən əsrin ortalarındakı Amerika avtomobillərinin üslubunda ağac kimi düzəldilmiş ornament əldə etdi.
Newport-da bu vizual təcrübənin məqsədini açıqlamadılar. Açıq “Porsche Cayenne”-nin qiyməti və ban atelyesinin gələcək planları hələlik məlum deyil.
Qaynar.info





