Siyasət 17:25 05.10.2022

Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ Şurası liderlərinin görüşü olacaq

Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli görüş olacaq.

Qaynarinfo Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu N.Paşinyan oktyabrın 5-də hökumətin iclasında bildirib.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.