Xəbər lenti

Premyer Liqa klublarının həkimlərinə təlim keçildi, tibbi avadanlıqlar paylanıldı
İdman07:05 20.12.2021

Premyer Liqa klublarının həkimlərinə təlim keçildi, tibbi avadanlıqlar paylanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 17-də və 18-də AFFA-nın təşkilatçılığı ilə Azərbaycan milli komandalarının və Premyer Liqa klublarının həkimləri üçün ilkin tibbi yardımın göstərilməsi mövzusunda təlim keçirilib.
Qaynarinfo xəbər verir ki, təlim zamanı klubların tibbi personalına AFFA tərəfindən ilkin tibbi yardım üçün zəruri olan avadanlıqlar – defibrilyator, oksigen balonu, FIFA və UEFA-nın tələbləri əsasında komplektləşdirilmiş ilkin tibbi yardım çantaları təqdim olunub.
AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və həkimlərin təlimi üzrə ACLS lisenziyasına malik təlimatçı Nabil Seyidovun rəhbərliyi ilə keçirilən təlimin sonunda imtahan təşkil olunacaq, imtahanı müvəffəqiyyətlə verən iştirakçılara diplom təqdim olunacaq.
Səbuhi Həsənov