Xəbər lenti

Premyer Liqa klubundan şok transfer
İdman15:54 25.06.2016

Premyer Liqa klubundan şok transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Vest Hem" Avropada yay transfer pəncərəsinin ən bahalı transferlərindən birini edə bilər. ANS PRESS-in məlumatına görə,  Premyer Liqa klubu Aleksandre Lakazetteyə elçi düşüb.

"Vest Hem" bu futbolçu üçün Lion "Olimpik"inə 52 milyon avro təklif etməyə hazırdı. İddialara görə, Premyer Liqa təmsilçisi qarşı tərəfə rəsmi təkliflə müraciət etməyə hazırlaşır.

Cari mövsümdə sərgilədiyi oyunla bir çox klubun diqqətini çəkən Aleksandre Lakazette "Olimpik"in yetirməsidir. Hücumçunun "şirlər"lə müqavilə müddəti 2018-ci ilin yayında bitəcək. "Transfermarkt" Fransa yığmasının üzvünə 30 milyon avro qiymət qoyub. 2015/16 mövsümündə 44 rəsmi oyuna çıxan 25 yaşlı hücumçu 23 qol vurub.

Qaynarinfo.az