Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində bu gün daha iki oyun keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə "Qəbələ" doğma meydanda "Səbail"i qəbul edəcək. Komandalar Azərbaycan çempionatlarında 22 dəfə üz-üzə gəlib. Bunların 11-də, "Qəbələ", 5-də "Səbail" qələbə qazanıb. Qalan 6 görüş heç-heçə nəticələnib. Son 4 qarşılaşmada 3 və ya daha çox qol vurulub. "Qəbələ” ardıcıl üç ev qələbəsi qazanıb. Top fərqi meydan sahiblərinin xeyrinədir - 39:23
Günün son matçı Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Qəsəbənin eyniadlı təmsilçisi "Turan Tovuz"u qonaq edəcək. Bu komandalar Azərbaycan çempionatlarında 3 dəfə qarşılaşıb. Hər üç oyunda da "Zirə" qələbə qazanıb. Bakı təmsilçisi hər matçda ən azı 2 qol vurub. Top fərqi də "Zirə"nin xeyrinədir - 7:2.
Azərbaycan Premyer Liqası, 32-ci tur
1 may (bazar ertəsi)
17:30. "Qəbələ” – "Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Şirmamed Mamedov, Kamranbəy Rəhimov
VAR hakimləri: Fərid Hacıyev, Vüsal Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu
20:00. "Zirə” – "Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli
VAR hakimləri: Tural Qurbanov, Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
Zirə İdman Kompleksinin stadionu
"Qarabağ" - 78, "Sabah" - 74, "Neftçi" - 61, "Qəbələ" - 45, "Zirə" - 42, "Turan Tovuz" - 29, "Kəpəz" - 29, "Sumqayıt" - 28, "Şamaxı" - 23, "Səbail" - 22
Səbuhi Həsənov