Xəbər lenti

Prezident 3 səfiri geri çağırdı (SƏRƏNCAM)
Ölkə14:14 08.12.2017

Prezident 3 səfiri geri çağırdı (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Azərbaycanın bəzi xarici ölkələrdəki səfirlərinin geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Abbasəli Kərəm oğlu Həsənovu Azərbaycanın Tacikistandakı, Kamil Tacid oğlu Xasiyevi Xorvatiyadakı, Həsən Dilsuz oğlu Məmmədzadəni isə Litvadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.
Prezident başqa bir sərəncamla Fəxrəddin İsa oğlu Qurbanovu Azərbaycanın Xorvatiyadakı fövqəladə və səlahiyyətli səfiri, Nazlı Abdulla Məhəmmədi Azərbaycanın Cibuti Respublikasında fəxri konsulu təyin edib.