Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi ləğv olunub.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Şöbənin müdiri Səadət Yusifova olub. O, Prezident Administrasiyasının yeni strukturda təmsil olunmayıb.
Həmçinin Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib. Administrasiyanın bu gün təsdiq edilmiş yeni strukturunda həmin şöbə yoxdur.
İndiyə qədər şöbəyə rəhbərlik edən, eyni zamanda Prezident İlham Əliyevin aqrar siyasət məsələləri üzrə köməkçisi olan Azər Əmiraslanov vəzifəsindən azad olunub.
Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsi də ləğv olunub.