Xəbər lenti

Prezident
Siyasət 18:26 18.07.2024

Prezident "Avropa Siyasi Birliyi" 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının bağlanış plenar sessiyasında iştirak edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbua xidməti məlumat yayıb.

14.54
 
Oksfordda iyulun 18-də "Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

12.50
 
Böyük Britaniyada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Oksforddakı Blenheim sarayına gəlib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.

11.50
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə "Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbua xidməti məlumat yayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->