Xəbər lenti

Prezident: “Azərbaycan münaqişəyə son qoyub, sülh barədə düşünməyin vaxtıdır”
Siyasət14:17 18.07.2021

Prezident: “Azərbaycan münaqişəyə son qoyub, sülh barədə düşünməyin vaxtıdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan uzun müddət davam edən münaqişəyə son qoydu və özü də BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi”.
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Münaqişə bitib, indi sülh barədə düşünməyin vaxtıdır. Bölgədəki yaranan yeni vəziyyətlə bağlı planlarımızı, təşəbbüslərimizi və yanaşmalarımızı müzakirə etdik ”, - deyə dövlət başçısı əlavə edib.