Xəbər lenti

Prezident Azərbaycan və Türkiyə arasında pilotaj təliminə dair Sazişi təsdiqlədi
Siyasət13:13 17.07.2021

Prezident Azərbaycan və Türkiyə arasında pilotaj təliminə dair Sazişi təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, sənədə əsasən, 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiq edilsin.
Sənədlə bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.