Xəbər lenti

"Prezident Azərbaycanın haqlı mövqeyindən bir addım da geri çəkilmir" - Politoloq
Siyasət10:02 07.11.2022

"Prezident Azərbaycanın haqlı mövqeyindən bir addım da geri çəkilmir" - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"44 günlük Qarabağ savaşında əldə edilən qələbə Azərbaycanın müasir tarixində misli olmayan bir zəfərdir”. 
Bu barədə Qaynarinfo-ya Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Vətən müharibəsində əldə olunan qələbədən danışarkən bildirib. Keçmiş nazir əlavə edib ki, Azərbaycan bu savaşda təkcə hərbi deyil, həm də də diplomatik qələbə qazanıb. 
"Yadınızdadırsa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərkən bu iki qələbəni qeyd etmişdi", deyə Tofiq Zülfüqarov vurğulayıb.
Politoloq diqqəti Prezident İlham Əliyevin müharibə vaxtı səsləndiridiyi bəyanatlara diqqət çəkərək, onun ardıcıl və prinsipial mövqeyinin qələbədə mühüm rol oynadığını deyib: 
"Müharibə dövründə cənab Prezident Azərbaycanın hədəflərini və məqsədlərini açıqlamışdı. Onun ən məşhur fikirlərindən biri bu idi ki, Şuşasız qələbə mümkün deyil. Və biz gördük ki, bu məqsədə çatıldı. Şuşa işğaldan azad edildi. Daha sonra Prezident bəyan etmişdi ki, artıq əvvəlki status-kvo dəyişib. İstər müharibə zonasında, istərsə də,  diplomatik müstəvidə əvvəlki vəziyyət hökm sürmür. Eyni zamanda müharibədən dərhal sonra bildirmişdi ki, Qarabağ münaqişəsi artıq həll edilib. Necə deyərlər bu qələbə ilə 30 il ərzində deyilənlər, irəli sürülən təkliflər sıfırlandı. 
Artıq qələbənin üzərindən 2 il ötür və biz görürük ki, Azərbaycan öz həmin vaxtkı mövqeyindən geri çəkilməyib. Prezident israrla Azərbaycanın haqlı mövqeyinin üzərində dayanıb və bir aaddım geri çəkilmir. 
Bütün bunlar qələbənin elə-belə başa gəlmədiyini göstərir. Bu uzun sürən siyasətin, həm dövlət, həm ordu quruculuğundakı görülən işlərin nəticəsidir. Yəni, Azərbaycanın strateji məqsədləri düşünülmüş bir konsepsasiyanın  təzühürüdür. İndi baş verən hadisələr də bu məqsədlərin həyata keçirilməsinə yönəlib”.
Aydın