Xəbər lenti

Prezident BMT-yə müraciət etdi
Siyasət09:32 09.07.2013

Prezident BMT-yə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Suriyadakı kimyəvi silah iddialarının araşdırılması üçün yaradılan BMT-nin xüsusi qrupu Suriyada təhqiqatlara başlaya bilər.

Əsəd rejimi bu grupun Suriyada işləməsinə icazə versə də, onların hansı ərazilərdə işləyəcəyi barədə razılığa gəlinməyib.

Suriyanın BMT-dəki təmsilçisi Bəşər Cəfəri qrupun rəhbəri Ake Selstorm, silahsızlaşdırma şöbəsinin rəhbəri Anqela Kane ilə birlikdə qrupu Dəməşqə dəvət edib. Təklif qəbul edilərsə, BMT-nin bu qrupunun üzvləri Suriyanın xarici işlər naziri Muallim və beynəlxalq mütəxəssislərlə görüşəcək. Buna baxmayaraq BMT-dən bu təklifə hər hansı münasibət bildirilməyib.

Grup işləyəcəyi əraziyə maneəsiz girmə və orada təzyiq olmadan işləmək istədiklərini qeyd etdiyindən aylardır bu məsələ həll olunmayıb. Rəsmi Dəməşq isə sadəcə aprel ayında kimyəvi silah olduğu iddia edilən Hələb şəhərində daxil olmağa icazə verdiyi üçün qrup bir neçə aydır ölkəyə girişə icazə gözləyir.

Qaynar.info