Xəbər lenti

Prezident: "Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır"
Siyasət09:06 08.11.2020

Prezident: "Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şuşanın Azərbaycan tarixində böyük yeri var”.
Qaynarinfo xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərkən deyib.
Prezident Şuşanın azad edildiyini elan etdikdən sonra şəhər haqda danışıb:
"Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub- yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Biz indi Şuşaya qayıtmışıq, bütün tarixi abidələri, məscidləri bərpa edəcəyik. 28 ildən sonra Şuşada azan səsi eşidiləcək. Şuşada Azərbaycan bayrağı dalğalanır!"
"Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı qələbəmizin, zəfərimizin günüdür. Biz bunu danışıqlar masası arxasında yox, döyüş meydanında qazandıq. Bütün bəyanatlara rəğmən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolları vardır. Mən bunu dəflərlə demişdim. 30 ilə yaxındır mənasız danışıqlar heç bir nəticə vermədi. 30 il bizim əzəli torpaqlarımız işğal altında qaldı. Ermənistan tərəfi danışıqlarla sadəcə vaxt qazanmaq istəyirdi.
Lakin, qətiyyət, cəsarət göstərdik və Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Bütün beynəlxalq kürsülərdə bəyan etmişdimki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bizim əsas məqsədimizdir. Biz bu vəzifəni icra etdik və icra edirik. Şuşada yenidən azan səsi eşidiləcək!, ölkə başçısı qeyd edib.