Xəbər lenti

Prezident deputatla bağlı sərəncam imzaladı
Siyasət09:13 02.01.2023

Prezident deputatla bağlı sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Əhməd oğlu Məsimli "Şöhrət” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 114 saylı Şəki kənd birinci dairəsinin deputatı Əli Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərinin Nuxa kəndində anadan olub. Sabah onun 70 yaşı tamam olur.