Xəbər lenti

Prezident əməkdar artistə ev hədiyyə etdi (AÇIQLAMA)
Sənət07:05 25.06.2019

Prezident əməkdar artistə ev hədiyyə etdi (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.  
Qaynarinfo xəbər verir ki, bu barədə əməkdar artistin özü sosial şəbəkədə məlumat verib. 
"Möhtərəm Cənab Prezident. Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə, sizə dərin minnətdarlığımı bildirirəm. Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı, bizə qürur və fərəh verir. Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə sizə bir daha sonsuz təşəkkürümü bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun”.