Xəbər lenti

Prezident Gəncəyə hücumdan yazdı: "Vardenis rayonundan həyata keçirilib"
Siyasət12:18 11.10.2020

Prezident Gəncəyə hücumdan yazdı: "Vardenis rayonundan həyata keçirilib"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub. Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır".
Qaynarinfo-nun məılumatına görə, bunu Prezident İlham Əliyev Tvitter hesabında yazıb.
Dövlət başçısı həmçinin qeyd edib ki, həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib: "Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir".