Xəbər lenti

Prezident Gəncəyə səfər etdi (FOTOLAR)
Siyasət11:26 30.01.2022

Prezident Gəncəyə səfər etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərində səfərdə olub.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Prezident Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional "ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib.
Dövlət başçısı Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olub, "Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposunun açılışında iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub.
Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.
Səfərdən geniş materiallar yanvarın 31-də dərc ediləcək.