Xəbər lenti

Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
Siyasət 17:35 27.02.2026

Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi

Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Digər sərəncamla Cavidan Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Vahid oğlu Məmmədzadə isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunub.

Başqa bir sərəncamla Elmar Eldar oğlu Məmmədov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
--> -->