Xəbər lenti

Prezident köməkçisindən jurnalistin ölümü ilə bağlı açıqlama
Ölkə10:28 09.08.2015

Prezident köməkçisindən jurnalistin ölümü ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Rasim Əliyevin vəfatı ilə əlaqədar açıqlama verib. Qaynar.info AzərTAC-a istinadən xəbər verir ki, hökumət rəsmisi bunları deyib:
"Rasim Əliyevin vəfatı ilə bağlı məsələlər respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb və ciddi araşdırılır. Hadisənin baş vermə səbəbləri, iştirakçıların tam dairəsinin müəyyənləşdirilməsi və digər məsələlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Bununla yanaşı, aidiyyəti dövlət orqanlarının məlumatını gözləmədən ayrı-ayrı informasiya resurslarının məsələni müxtəlif istiqamətlərə yozmaq cəhdlərini yolverilməz hesab edir və obyektiv araşdırmanın nəticələrini gözləməyi tövsiyə edirik”.
Qeyd edək ki, jurnalist Rasim Əliyev avqustun 8-də "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. O, avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib.
Qaynar.info