
Prezident İlham Əliyev “T.T.Tağızadənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında” sərəncam imzalayıb.
Qaynar.info-nun xəbərinə görə, sərəncamla Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, T.Tağızadə indiyə qədər Azərbaycanın Çexiyadakı səfiri olub.
Qaynar.info