Xəbər lenti

Prezident sərəncam imzaladı: 11,97 milyon manat ayrıldı
Ekonomiks07:57 12.03.2020

Prezident sərəncam imzaladı: 11,97 milyon manat ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Ağdaş və Göyçay rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, Ağdaş və Göyçay rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində göstərilmiş məbləğin 11,97 milyon (on bir milyon doqquz yüz yetmiş min) manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb.