Siyasət 08:59 14.09.2022

Prezident sərhəddəki təxribatlardan danışdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında genişmiqyaslı təxribatlara görə məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü və Azərbaycan tərəfindən cavab tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

Qaynarinfo xəbər verir ki, telefon danışığı əsnasında regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.