Xəbər lenti

Prezident Teymur Göyçayevlə bağlı sərəncam imzaladı
Ölkə14:05 10.08.2018

Prezident Teymur Göyçayevlə bağlı sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev avqustun 10-da Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, tanınmış dirijor, xalq artisti Teymur Göyçayevin "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, sənətkar bu yüksək dövlət mükafatına Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, Azərbaycanın xalq artistinin sabah 60 yaşı tamam olur.