Xəbər lenti

Prezident və Mehriban Əliyeva  Ağdama getdi
Siyasət12:38 02.05.2023

Prezident və Mehriban Əliyeva  Ağdama getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 2-də Ağdam rayonuna səfər ediblər.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı "Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməlini qoyub.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və 3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməlini qoyublar.
Daha sonra dövlətimizin başçısı Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə tanış olub.